SAYT BARƏDƏ MƏLUMAT

SAYT BARƏDƏ MƏLUMAT

Hamınıza salamlar. Əvvəlcə blogumu ziyarət etdiyinizə görə sizə təşəkkür edirəm. Bu blog mənim üçün ilk və yenilikdir. İlk dəfədir ki, silsilə yazılar yazacaq, hekayələrim və yaradıcılıq fəaliyyətimi kiminləsə paylaşacağam. Əsasən "Kurtlar Vadisi Pusu" serialı haqqında fikirlərimi, müxtəlif məqalələrimi və mənim üçün bir "tutku" olan dedektiv və əsasən də, Azər Məmməd obrazının başından keçənləri sizlərə nəql edəcəyəm.

Blog fəaliyyətim necə başladı?

Türk və amerikan bloggerlərinin fəaliyyətini və onların bölüşdürdüklərini gördükdən sonra öz-özümə fikirləşdim: Mən niyə belə bir şey etməyim? Həmçinin Azərbaycanda da bu fəaliyyət sahəsi olduqca kiçik olduğuna görə, mən də bu fəaliyyəti daha da yaymaq üçün bu işə girdim.

Bəs sonra?

Sonrasını Allah bilir. Nəsə... Allah hamımıza asanlıq versin. Di, hələlik... Sağlıqla qalın!